İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50400379S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 252 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 95.3289 AZN (6.99 faiz) və 97.2103 AZN (4.1 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 151 milyon 866 min 600 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 97.2103 AZN (4.1 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon AZN təşkil edib. Notlar oktyabrın 5-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.