İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100683S dövlət qeydiyyat nömrəli, 150 milyon AZN həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 99.4782 AZN (6.74 faiz) və 99.5158 AZN (6.26 faiz) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 556 milyon 172 min 600 AZN olub. AMB-nin qərarına əsasən notların kəsmə və orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon AZN təşkil edib. Notlar sentyabrın 2-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.