Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib
AzerTAg.az
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının (AMB) 501000486S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 877 milyon 278 min 700 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5351 AZN (6.01 faiz), orta ölçülmüş qiyməti isə 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat olub. Notlar dekabrın 2-də ödəniləcək.

Xəbərin mətnində orfoqrafik səhv var