İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 11 noyabr, AZƏRTAC

Noyabrın 11-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 501000586S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 99.4974 AZN (6.49 faiz) və 99.5351 AZN (6.01 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 462 milyon 74 min 600 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar dekabrın 9-da ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.