İQTİSADİYYAT


Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50300389S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 96.6183 AZN (7.5 faiz) və 97.3913 AZN (5.74 faiz) olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 293 milyon 80 min 800 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 97.3868 AZN (5.75 faiz), orta ölçülmüş qiyməti isə 97.3868 AZN (5.75 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 120 milyon manat təşkil edib. Notlar gələn il iyulun 2-də ödəniləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.