İQTİSADİYYAT
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50201496S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 98.5604 AZN (6.26 faiz) və 99.2359 AZN (3.30 faiz) olan 11 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 125 milyon 437 min 600 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99.2359 AZN (3.30 faiz) olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20 faizinə qədər artırıla bilər. Notlar iyunun 24-də ödəniləcək.