CƏMİYYƏT


Qışda gün işığının azlığı və hərəkətsizlik depressiyaya səbəb olur

Qışda gün işığının azlığı və hərəkətsizlik depressiyaya səbəb olur

Bakı, 7 dekabr, AZƏRTAC

Qışda soyuq və tutqun hava, gün işığının azlığı və hərəkətsizlik depressiyaya səbəb olur. Payız və qış aylarında orqanizmdə serotonin ve melatonin hormonlarının səviyyələrində dəyişikliklər yaranır. Bu hormonlar insan əhval-ruhiyyəsinə və yuxu rejiminə ciddi təsir edir. Gün işığının azalması, qaranlıq saatların artması melatonin hormonunun çoxalmasına, serotonin hormonunun isə azalmasına səbəb olur. Bu vəziyyət isə qış depressiyanı meydana gətirir.

AZƏRTAC ABŞ-da yerləşən Klivlind klinikasına istinadla bildirir ki, bu kimi hallar depressiyaya meyilli şəxslərdə daha çox müşahidə olunur. Halsızlıq və yorğunluq qış depressiyasının fiziki əlamətləridir. Qış depressiyası yaşayan insanlar, özünü daima məyus və yorğun hiss edir. İstəksizlik, sıxıntı, itirmə qorxusu və özünəqapanma meydana gəlir. Eyni zamanda qış aylarında tez-tez ağlayır, əsəbiləşir, yuxu rejimi və iştaha pozulur.

Ekspertlər qeyd edir ki, bu kimi simptomları özündə müşahidə edən şəxslər gündüz saatlarında bol günəş şüası qəbul etməli, əgər pəncərəsiz və havasız ofisdə işləyirsə, işdən sonra və ya həftə sonları açıq havada olmalıdır. Qida rasionuna həftədə ən az iki dəfə balıq əlavə edilməsi, bol maye və meyvə şirəsi tövsiyə olunur. Yuxu rejiminə diqqət edilməlidir, tez yatmaq enerjini bərpa edərək depressiyaya qarşı mübarizə aparmağa kömək edir. Həftədə 3-4 gün idmanla məşğul olmaq, stabil məşq dinc bir orqanizm və rahat yuxu təmin edəcək.

İctimai fəaliyyətlərə qoşulmaq və hava şəraitindən asılı olmadan çölə çıxmaq məsləhətlidir. Əgər mümkündürsə, günəşli və rahat bir yerdə qış tətili keçirin. Bütün bunlar depressiyadan çıxmağa kömək etmirsə, mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.