Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qivami Rəhimli: “Dəmir yumruğa çevrilən möhtəşəm əl izi”

Bakı, 5 iyul, AZƏRTAC

BP Azərbaycan şirkətinin Hökumətlə işlər üzrə baş müşaviri, Qarabağ müharibəsi veteranı Qivami Rəhimli ölkəmizin iqtisadı tərəqqisinə, hərbi qüdrətinin güclənməsinə və 44 gün sürən Vətən müharibəsində tarixi qələbəmizə töhfə verən Azərbaycanın həyata keçirdiyi neft strategiyası barədə “Dəmir yumruğa çevrilən möhtəşəm əl izi” adlı məqalə hazırlayıb.

AZƏRTAC məqaləni təqdim edir.

Qlobal güclər və güclü qonşularla toqquşan maraqlarını balanslaşdıran Azərbaycan Avro-Asiya məkanında enerji təhlükəsizliyini təmin etmək üçün öz tərəfdaşları ilə birlikdə regionda həyata keçirdiyi neft və qaz layihələri, yaratdığı infrastruktura mühüm rol oynayır. Bunların arasında Xəzər dənizi regionu üçün həyati əhəmiyyət kəsb edən BP şirkətinin əməliyyatçısı olduğu, dəniz yataqlarından gələn boru xətlərinin və bütün ixrac boru kəmərlərinin öz başlanğıcını götürdüyü Səngəçal terminalını xüsusi qeyd etmək lazımdır. Azərbaycanın bu strateji mərkəzi dünyanın ən böyük inteqrasiya edilmiş neft və qaz terminalı olması baxımından da unikal hesab edilir. Səngəçal terminalından başlayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, dünyanın ən böyük enerji layihəsi olan Şahdəniz qaz yatağının ikinci mərhələsinin işlənməsi və Xəzər dənizindən hasil edilmiş təbii qazı Avropaya çatdıran - Cənubi Qafqaz, TANAP və TAP boru kəmərlərini birləşdirən Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması qlobal enerji təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyinə əlavə təminat verir.

Azərbaycanın mühüm strateji obyekti olan Səngəçal terminalı onu ziyarət edən xarici qonaqlar üçün dərin məna kəsb edir və bu, regionda baş verən inkişaf proseslərini daha ətraflı öyrənmək istəyən xarici nümayəndə heyətləri üçün gözəl imkan yaradır.

Bu səfərlər çərçivəsində BP şirkətinin nümayəndəsi kimi mən xarici qonaqları və hökumət rəsmilərini müşayiət etmək şərəfinə nail oluram.

Terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanır və ardınca avtobusla əməliyyatlar sahəsinə gedərək oradakı qurğularla tanışlıqla davam edir.

Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzi ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin işə salınması ilə bağlı keçirilən təntənəli mərasimlə eyni vaxta təsadüf edib.

2005-ci il may ayının 25-də baş tutan bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin keçmiş Prezidenti Əhməd Necdət Sezər, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev, ABŞ-ın keçmiş energetika naziri Samuel Bodman, Böyük Britaniya Krallığından Şahzadə Endryu, BP şirkətinin prezidenti Lord Con Braun, Böyük Britaniyanın, Fransanın, Ukraynanın, Yaponiyanın, Norveçin və digər ölkələrin yüksək vəzifəli şəxsləri iştirak edib.

Yüksək səviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Endryu ilə birlikdə qırmızı lenti kəsərək Xəzər Enerji Mərkəzin rəsmi açılışını elan edir. Tədbirdə iştirak edən yüksək səviyyəli qonaqlar açılış mərasimində rəmzi nişan kimi gipsdən olan kərpiclər üzərində öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib.

Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu Mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir. Neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Xəzər Enerji Mərkəzinin əsas məqsədlərindən biri Azərbaycanın neft sənayesi tarixini qonaqlara nümayiş etdirməklə bərabər ölkəmizin bu sahədə əldə etdiyi birinciliklər barədə ətraflı məlumat verməkdir. Bu silsilədən dünya tarixində Azərbaycanın əldə etdiyi bir çox ilklər barədə Mərkəzdə sərgilənən tarixi sənədlər və eksponatlar diqqəti çəkir:

• 1846-cı ildə Bibiheybət neft yatağında 21 metr dərinliyində quyudan dünyada ilk dəfə olaraq sənaye üsulu ilə neft hasil olunub.

• 1878-ci ildə Xəzər dənizində suya salınan “Zərdüşt” (“Zoroastr”) tankeri dünyada ilk neft tankeri olub.

• 1901-ci ildə Bakıda çixarılan 11,5 milyon ton neft dünya neft hasilatının 50 faizindən çoxunu təşkil etmişdir.

• Dünyada ilk ən uzun neft kəməri (833 km) 1897-1907-ci illərdə Bakıdan Batumiyə çəkilmiş boru xəttidir.

• 1941-ci ildə Azərbaycanda çıxarılan 23,6 milyon ton neft SSRİ-də hasil olan neftin 76 faizini təşkil etmişdir.

• 1949-cu ildə Xəzərin Neft daşları yatağında Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdən neft çıxarmağa başlamışdır. Neft Daşları Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşmüşdür.

XIX əsrin ikinci yarısında məşhur xarici iş adamları - bunların arasında Rotşildlər və Nobel qardaşları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına təsis edilmişdi.

Eksponatlar arasında diqqəti ən çox cəlb edənlərdən biri də Xəzər Enerji Mərkəzinin rəsmi açılışı zamanı prezidentlər və yüksək səviyyəli rəsmi qonaqların gipsdən olan kərpiclər üzərində rəmzi nişan kimi qoyduğu əl izləridir. Simvolik məna daşıyan bu əl izlərinin arasında öz əzəməti və böyüklüyü ilə seçilən əl izi Prezident İlham Əliyevə məxsusdur.

Prezident İlham Əliyevin Mərkəzdə sərgilənən bu möhtəşəm əl izi bu gün Azərbaycanın uğur simvoluna çevrilib. “Sağ əlin mənim başıma!” Azərbaycanda uğur qazanan şəxs haqqında belə bir deyim olduğu barədə məlumatı mən həmişə Xəzər Enerji Mərkəzində əl izləri ilə tanış olan qonaqlara bölüşürəm. Bunu eşidən qonaqlar Azərbaycanın böyük uğurlarını görüb məmnuniyyətlə sağ əlini Prezident İlham Əliyevin əl izi olan kərpicə qoyaraq ardınca başlarına çəkirlər. Bu, artıq terminalı ziyarət edənlər arasında bir ənənə halını alıb.

Azərbaycanın uğuru, iqtisadi yüksəlişi 2006-cı ildə Səngəçal terminalından nəql olunan neftin Türkiyənin Ceyhan limanından dünya bazarına çıxarılmaqla başladı. 2007-ci ildə isə "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən təbii qaz Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə qoşulur və bu gün həm də, Avropa İttifaqında istehlakçılara çatdırılır.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial, mədəni infrastrukturların yaradılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun dinamik inkişafına yönəldildi. Əlbəttə ki, Azərbaycan əldə etdiyi maliyyə gəlirlərini, eyni zamanda, işğal altında olan torpaqları azad etmək üçün ölkənin hərbi qüdrətinin möhkəmləndirilməsinə sərf edirdi.

“…mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. …Çünki bir amalım var idi – güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək! … iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı”, – deyə Prezident, Ali Baş Komandan İlham Əliyev cari ilin iyun ayında Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışındakı çıxışı zamanı qeyd etmişdi.

Beləliklə, Prezident İlham Əliyevin Səngəçal terminalında qoyduğu möhtəşəm əl izi dəmir yumruğa çevrilərək 44 gün davam edən Vətən müharibəsində Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzmini nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Qarabağ torpaqlarını, hər bir azərbaycanlının mənəvi paytaxt hesab etdiyi Şuşanı erməni işğalından azad edərək beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı