Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qivami Rəhimli: Robert Hossein tarixi vətənini sevən, əcdadları ilə fəxr edən böyük sənətkar olub

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli Fransa kinosunun korifeyi Robert Hosseinlə bağlı xatirələri və dünyaşöhrətli fotoqraf Reza Deqatinin fəaliyyətinin bəzi məqamları barədə məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

2013-cü il oktyabrın 22-də Parisdə UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq simpozium keçirilmişdir. Tədbirdə Seyid Yəhya Bakuvinin xəlvətilik təriqətinin dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir. Simpoziumda iştirak edən xarici ölkələrdən dəvət olunmuş tədqiqatçı alimlər, mədəniyyət xadimləri, UNESCO-da akkreditə olunmuş diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələri tədbir çərçivəsində dünyaşöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgisi ilə tanış olmuşlar.

Qonaqlarda böyük maraq doğuran bu sərgidə nümayiş etdirilən fotolar ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələrini əks etdirirdi.

Sərginin mənim üçün ən çox yaddaqalan məqamlarından biri də dünya kinosunun ulduzu, məşhur fransız aktyoru Robert Hosseinlə tanışlıq oldu. Bu tanışlıq məni keçən əsrin 60-80-ci illərində SSRİ-də ekranlara çıxan "Anjelika və Kral", "Anjelika, mələklər şahzadəsi", "Professional” və bir çox başqa məşhur fransız filmləri barədə xoş xatirələrə qaytardı. O zaman Bakı kinoteatrlarındakı növbələri, bu filmlərin seanslarına olan bilet qıtlığını indi təsəvvürə belə gətirmək çətindir.

Robert Hosseinin bu filmlərdəki ifası, xüsusən Anjelikanın sərgüzəştlərindən bəhs edən melodramdakı qraf de Peyrak obrazıyla o, tamaşaçıların sonsuz sevgisini qazandı. ... Edamdan canını qurtaran, öz sevgisi uğrunda qorxub çəkinmədən mübarizə aparan qraf de Peyrak sübut eləyir ki, Anjelikanın məhəbbətinə layiqdir.

Robert Hossein yalnız əfsanəvi kinoulduzu deyil, həm də böyük teatr xadimi idi. O, 20-dən çox böyük tamaşanın müəllifi olmuşdur. Parisin “Palais des Sports” idman sarayında Robertin izdihamlı səhnələrlə diqqəti çəkən “Un homme nommé Jésus” mega-tamaşası böyük uğur qazanaraq, 700 minə yaxın izləyicisi olan bir səhnə əsəri kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Robert Hosseinin teatr uğurları barədə danışan Beynəlxalq Kann Film Festivalının prezidenti Gilles Jacob onu kütlələr üçün teatr şahzadəsi (the prince of theatre for the masses) adlandırıb.

1927-ci il dekabrın 30-da Parisdə anadan olmuş Robert Hosseinin atası Əmənulla Hüseynov musiqiçi, bəstəkar və gözəl tar ifaçısı olub. Əminulla Hüseynov oğlu Robertin bir neçə filminə də musiqi bəstələyib. Robert Hosseinin oğlu Pyer də babasından qalan ənənəni davam etdirərək tarda çalır.

Fransa kinosunun korifeyi Robert Hossein Reza Deqatinin sərgisindəki görüşlərində, etdiyi söhbətlərdə ölkəmiz haqqında xoş fikirlər söyləyirdi. Azərbaycanda müxtəlif dinə, etnik mənşəyə mənsub insanların bir ailə kimi yaşadığını əks etdirən fotoları seyr edən Robert Hossein ölkəmizin multikultural dəyərlərinə heyran olmuşdu. Çünki sənətkar özü hər zaman millətlərarası və dinlərarası hörmətin vacibliyini anlatmağa çalışmış və bu dəyərləri yaratdığı kino və teatr səhnələrinə də gətirirdi.

Robert Hossein tarixi vətənini sevən, əcdadları ilə fəxr edən böyük sənətkar olub. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi multikultiralizm və tolerantlıqla bağlı tədbirlərdə məmnuniyyətlə iştirak edirdi. “Mən fəxr edirəm ki, belə bir xalqın parçasıyam,” - deyən Robert Hossein müsahibələrinin birində bildirmişdi: - “Bu gün Azərbaycanda xalqlar və dinlər arasında olan münasibətlər heç yerdə yoxdur”.

2013-cü il oktyabrın sonunda Robert Hossein 86 yaşında ilk dəfə Azərbaycana dəvət alaraq Bakıya gəldi. Təyyarəyə minmək xofu ucbatından 40 il idi ki, o, bir çox ölkələrə dəvət alsa da, təyyarəyə minmirdi. Lakin vətən həsrəti bu xofu aradan qaldırdı və Robert Hossein ölkə rəhbərliyinin dəvətini qəbul edərək uzun müddətdən sonra təyyarə ilə tarixi vətəninə gəldi.

Ömrünün son illərində Robert Hossein Azərbaycana 4 dəfə səfər etdi və özünü vətəndə hiss etdiyini dönə-dönə dilə gətirdi. Bu barədə o, müsahibələrində deyirdi: “Məni Azərbaycana dəvət etdiklərinə görə, Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür edirəm! Çünki onlar mənə əcdadlarımla yaxından tanış olmaqda kömək etdilər”.

Tarixi vətəni barədə maraqlı fikirlərdən birini də o, Fransa prezidenti Fransua Ollandla 2014-cü ilin may ayında Azərbaycana səfəri zamanı səsləndirmişdi: “...Mən bunu iftixar və fərəh hissi ilə bu ölkənin övladı kimi qeyd etmək istəyirəm. Çünki mən hər ikisi vətənim olan ölkələrimiz arasında böyük dostluğu təcəssüm etdirirəm. Mən sevdiyim ölkədə - Fransada anadan olmuşam. Mən, həmçinin qibtə etdiyim ölkənin - Azərbaycanın oğluyam.

… Fransa Respublikasının Prezidenti bilməlidir ki, bu paytaxt Bakı şəhərində həm sinaqoq, həm məscid, həm də pravoslav kilsələr yan-yana mövcuddurlar, heç bir problem olmadan fəaliyyət göstərirlər”.

Robert Hossein babasının Azərbaycanda doğulduğunu, atasının isə Səmərqənddə dünyaya gəldiyini vurğulamışdı.

Robert Hossein Azərbaycana yenidən səfər etməyi, Bakıda tamaşa qoymaq, hansısa bir əsəri səhnələşdirmək istəyərdi. Bu, Azərbaycanda olarkən şahidi olduğu dəyərlər barədə, din və irqlə əlaqəsi olan humanist bir tamaşa olmayacaqdı. Lakin ömür vəfa vermədi. Böyük sənətkar 2020-ci il dekabrın 31-də, doğum günündən bir gün sonra bu dünyaya göz yumdu.

Diaspor fəaliyyəti ilə əlaqəli olan bir şəxs kimi qeyd etməliyəm ki, biz Azərbaycan həqiqətlərinin təbliğində dünyaşöhrətli Robert Hosseinin imkanlarından az istifadə edə bildik. Biz bu böyük sənət adamını kəşf etməkdə gecikdik. Azərbaycan müstəqilliyinin ilk illərindən Robert Hossein kimi tanınmış bir mədəniyyət xadimi diasporumuzun Fransadakı fəaliyyətlərinə yaxından cəlb olunsaydı, ölkəmizin multikultural dəyərlərinin qərb auditoriyasına tanıdılması və diaspor işi xeyli effektiv olardı.

Biz bunu digər məşhur həmvətənimiz Reza Deqatinin timsalında Azərbaycanın müstəqilliyə doğru illərindən tutmuş bu günə kimi fəaliyyətində görə bilərik. Vətən müharibəsi və ölkədəki pandemiya üzündən Azərbaycana gediş-gəlişin məhdudlaşdığı üçün Reza mənimlə telefon söhbətində Bakıya gələ bilmədiyini bildirmişdı. Diaspora işinə cəlb olunduğum üçün mən bu məsələni Diasporla İş üzrə Dövlət Komitəsində qaldırdım və komitənin rəhbərliyi Rzanın Azərbaycana gəlməsini Nazirlər Komitəsi yanında Operativ Qərargahla tez bir zamanda həll etdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın işğaldan azad etdiyi Qarabağ torpaqlarından hazırladığı fotoreportajlarla erməni yalanlarını ifşa edən, viran edilmiş vətən torpaqlarını çəkdiyi fotolarda sənədləşdirən Rza, Azərbaycanın haqq işini qərb auditoriyasına, xüsusən də erməni diasporunun güclü təsiri altında olan Fransa cəmiyyətinə çatdıran çox az sayda tanınmış simalardandır. Bu gün Bakıya dönən Rza Diqqəti Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün yenidən iş başındadır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Britaniya məhkəməsinə Culian Assanjla bağlı zəmanətləri təqdim edib

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb