ELM VƏ TƏHSİL
Qiymətləndirmə tapşırıqları üzrə hazırlıq kursları onlayn formada təşkil olunacaq
Bakı, 16 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) rus dili, fizika, biologiya və tarix fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat oktyabrın 1-də başa çatıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kurslarının məşğələlərinin noyabrda onlayn formada keçirilməsi planlaşdırılır.
Hazırlıq kurslarının fəaliyyət qrafiki haqqında noyabr ayında əlavə məlumat veriləcək. 2017-ci ildə kursu bitirmiş və sertifikat almış müdavimlər üçün sertifikatların qüvvədə olma tarixi 2022-ci ilin yanvar ayınadək uzadılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]