İQTİSADİYYAT


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə MONEYVAL arasında qiymətləndirmə prosesinin növbəti prosedurları müzakirə olunmuşdur

Bakı, 24 fevral (AZƏRTAC). Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirmə missiyasının səfərinin yekunları ilə əlaqədar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) görüş keçirilmişdir.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, QKDK sədri Rüfət Aslanlı son illərdə PY/TMM məsələlərinin Azərbaycan Hökumətinin siyasət gündəliyinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. O, qiymətləndirmə hesabatında əksini tapacaq tövsiyələrin həyata keçirilməsi istiqamətində Azərbaycan tərəfinin MONEYVAL ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırmışdır.

Missiyanın rəhbəri Con Beyker qiymətləndirmə missiyasının həyata keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirərək həm təşkilati, həm texniki baxımdan yüksək hazırlıq səviyyəsinin nəzərə çarpdığını vurğulamışdır. C.Beyker həftə ərzində ölkənin çoxsaylı dövlət qurumlarının və peşəkar bazar iştirakçılarının nümayəndələri ilə məhsuldar və intensiv görüşlərin keçirildiyini demişdir. O, missiya üzvlərinin ümumi qənaətinə əsasən, PY/TMM sisteminin institusional və hüquqi inkişafı baxımından əhəmiyyətli işlərin görüldüyünü qeyd edərək, Azərbaycanın qısa müddət ərzində qazandığı nailiyyətlərin hesabatda əks olunacağını bildirmişdir. Missiyanın rəhbəri, həmçinin hüquqi bazanın müəyyən istiqamətlər üzrə təkmilləşməyə ehtiyac duyduğunu vurğulayaraq, müvafiq sahələr üzrə tövsiyələrin veriləcəyini diqqətə çatdırmışdır.

Sonda tərəflər arasında qiymətləndirmə prosesinin növbəti prosedurları barədə fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.