İQTİSADİYYAT


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş olmuşdur

Bakı, 4 fevral (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, görüşdə QKDK-nın sədri Rüfət Aslanlı İsveçrə və Azərbaycan hökümətləri arasında uzunmüddətli birgə əməkdaşlıq təcrübəsinin mövcud olduğunu və əlaqələrin konstruktiv xarakter daşıdığını bildirmişdir. R.Aslanlı Dünya Bankı və SECO tərəfindən dəstəklənən “Kapital Bazarının Müasirləşdirilməsi” layihəsinin əhəmiyyətinə toxunaraq, ölkədə kapital bazarlarının aktiv fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıldığını, layihənin effektiv idarə olunduğunu, qısa müddət ərzində zəruri texniki yardımların əldə edildiyini, eləcə də keyfiyyətcə yeni baxış və peşəkar biliklərin formalaşdığını vurğulamışdır.

Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq ofisinin regional direktorunun müavini Matthias Feldmann hökümətlərarası münasibətlərdən məmnun olduğunu, “Kapital Bazarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində qiymətli kağızlar bazarında aparılan islahatların vacibliyini diqqətə çatdırmışdır.

Sonra QKDK ilə SECO arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında müzakirələr aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.