İQTİSADİYYAT


Qiymətli kağızlar bazarı haqqında maarifləndirici seminar keçirilib

Bakı, 25 aprel, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Turizm və Menecment Universitetində qiymətli kağızlar bazarı haqqında maarifləndirici seminar keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, seminarda MBNP-nin, Bakı Fond Birjasının və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının mütəxəssisləri tərəfindən təqdim olunan mövzular tələbələr tərəfindən maraqla qarşılanıb.

İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində qiymətli kağızlar bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri, emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat mövzuları müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 40 tələbə iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.