İQTİSADİYYAT


Qiymətli kağızlar bazarı iki dəfə artıb

Bakı, 27 noyabr, AZƏRTAC

Bu ilin doqquz ayı ərzində qiymətli kağızlar bazarında 18 milyard 657,7 milyon manat həcmində əməliyyat aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) AZƏRTAC-a bildirilib ki, əməliyyatların 57,2 faizi (10 milyard 664,4 milyon manat) ilkin bazarda, 42,8 faizi (7 milyard 993,3 milyon manat) isə təkrar bazarda aparılıb.

Yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 47 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 546 milyon manat (95 faizi və ya 518 milyon manat dövlət qiymətli kağızları ilə) olub.

Üç rübdə 12 milyard 269 milyon manat həcmində (141 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

Doqquz ay üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.