İQTİSADİYYAT
Qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınmasına dair tender prosesinin ilkin mərhələsi həyata keçirilmişdir
Bakı, 18 iyun (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qiymətli kağızlar bazarının avtomatlaşdırılmış ticarət və hesablaşma sisteminin satınalınmasına dair tender prosesinin ilkin mərhələsi həyata keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, layihənin məqsədi qabaqcıl beynəlxalq təcrübədən istifadə etməklə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin etməkdir.
Birinci mərhələdən uğurla keçmiş şirkətlər ikinci mərhələdə öz maliyyə və texniki təkliflərini Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər.