İQTİSADİYYAT


Qiymətli kağızlar bazarının iştirakçıları korporativ REPO predmetlərinə tələbi müzakirə edib

Bakı, 11 fevral, AZƏRTAC

Qiymətli kağızlar bazarının iştirakçıları korporativ REPO predmetlərinə tələbi müzakirə edib.

Milli Depozit Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) ümumi yığıncağı keçirilib. Tədbirdə koreyalı ekspertlər tərəfindən təkrar bazar əməliyyatlarında hesablaşmaların təşkili ilə bağlı təkliflər, korporativ REPO predmetlərinə tələblər və digər mövzular ətraflı müzakirə edilib. Yığıncaqda Milli Depozit Mərkəzinin əməkdaşları da iştirak edib.

Qeyd edək ki, əsas məqsədi qiymətli kağızlar bazarının iştirakçılarının səmərəli peşəkar fəaliyyətinin təmin edilməsi olan AFBİA İctimai Birliyi 2007-ci ildə yaradılıb. Assosiasiyanın üzvlüyünə Milli Depozit Mərkəzi də olmaqla qiymətli kağızlar bazarının bütün peşəkar iştirakçıları daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.