İQTİSADİYYAT


“Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilib

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası (BFB) tərəfindən yerli sahibkarlar üçün “Qiymətli kağızların buraxılışı, Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn sertifikatlı təlim keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, “AzFinance” İnvestisiya şirkəti və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşmək olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.