İQTİSADİYYAT


“Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim olacaq

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 17-də AZPROMO, Azərbaycan Mərkəzi Bankı, Bakı Fond Birjası (BFB) və “AzFinance” investisiya şirkəti tərəfindən xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün "Qiymətli kağızların buraxılışı, Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə Mərkəzi Bankın, Bakı Fond Birjasının və “AzFinance” investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat veriləcək. Tədbirin əsas məqsədi xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və AZPROMO ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.