MƏDƏNİYYƏT


Qız qalası - turistləri riqqətə gətirən abidə

Bakı, 7 yanvar, AZƏRTAC

Ölkəmizə səfərə gələn rəsmi şəxslərin və turistlərin üz tutduğu məkanlardan biri də İçərişəhərdir.

AZƏRTAC-ın əməkdaşı turistlərin bu qədim məkanla tanışlığı zamanı ən çox hansı tarixi abidəmizi ziyarət etməsi ilə maraqlanıb. Kimisi Şirvanşahlar Saray Kompleksinin dəbdəbəsinə heyran olur, kimisi isə Bəylər məscidinin özünəməxsus ab-havasında rahatlıq, dinclik tapır. Təbii ki, Qız qalasının ölkəmizin beynəlxalq səviyyədə tanınan simvolu olması hər birimizə bəllidir. Bakını və ya İçərişəhəri ziyarət edən hər bir qonaq min illərin sınağından keçmiş, bu günə qədər də öz sirlərini qoruyub saxlayan, əzəmətli Qız qalasına biganə qala bilmir. Hər kəs bu abidədə özünün daxili dünyasına yol tapan, gözoxşayan bir xüsusiyyət axtarır. Bu baxımdan Qız qalası hər bir turistdə böyük maraq doğurur.

Ümumilikdə 22 hektar sahəni əhatə edən, 500-ə qədər tarixi abidənin mövcud olduğu İçərişəhər hər bir ziyarətçi üçün ayrı-ayrılıqda gözəl və maraqlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.