MƏDƏNİYYƏT


“Qızıl cücə” musiqili nağıl -tamaşası yenidən səhnədə

“Qızıl cücə” musiqili nağıl -tamaşası yenidən səhnədə

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrda rusdilli balaca teatrsevərlər üçün "Qızıl cücə" (Золотой Цыпленок) musiqili nağıl -tamaşası oynanılacaq.

AZƏRTAC xəbər verir ki, hər dəfə maraqla qarşılanan bu tamaşanın süjet xətti rəngarəngdir.

Bir gün tülkü eşidir ki, nənə ilə babanın kürt toyuğu qızıl yumurtanın üstündə yatır. Bunu bilən hiyləgər tülkü canavarı yoldan çıxarır və onlar birlikdə həmin yumurtanı oğurlayırlar.

Tülkü və canavar düşünürlər ki, yumurtadan qızıl cücə çıxacaq və onlar o cücəni çoxaltmaqla varlanacaqlar...

Daha sonra nələr olur? Tamaşaya baxanlar bu sualın cavabı tapa biləcəklər.

Qeyd edək ki, premyerası 27 fevral 2016-cı ildə oynanılan "Qızıl cücə”nin (V.Ulyanovskiy və V.Orlov) quruluşçu-rejissoru Əməkdar artist Svetlana Bulaxdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.