İDMAN


“Qızıl əlcək” idman klubunun kikboksçuları Gürcüstanda beynəlxalq turnirdə uğurla çıxış ediblər

Bakı, 12 iyun, AZƏRTAC

Gürcüstanda K1 versiyası üzrə beynəlxalq kikboksinq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi uğurla təmsil edən “Qızıl əlcək” idman klubunun yetirmələri 9 qızıl və 4 gümüş medal qazanıblar.

Kadetlər kateqoriyasında Dursun Nağıyev (32 kq), Nadirhüseyn Hüseynov (42 kq), Kanan Baxsıyev (30 kq), Raul Abdullayev (39 kq) qızıl, Nurlan Zamanov (36 kq), Bahadur Bəylərov (45 kq) gümüş medal qazanıblar. Yeniyetmələrin yarışında isə Amin Məmmədzadə (36 kq) Nihat Tağızadə (39 kq), İsa Məmmədov (48 kq) birinci, Riyad Cəfərov (45 kq) ikinci yeri tutublar. Gənclər arasında isə Məhəmməd Quluzadə (71 kq) qızıl, Fəqan Əhmədov (54 kq) gümüş medal əldə ediblər.

Peşəkarlar arasında keçirilən yarısda isə Ucar Kərimov (60 kq) gürcüstanlı rəqibinə qalib gələrək RMG beynəlxalq kəmərinin sahibi olub.

Turnirdə Azərbaycan komandası ilə yanaşı, Gürcüstan, Türkiyə, Ukrayna, İran, Ermənistan yığmaları da mübarizə aparıblar.

AZƏRTAC-0-EA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.