REGİONLAR


“Qızıl əllər, şən ürəklər” tədbiri xızılıların böyük marağına səbəb olub

Sumqayıt, 16 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Xızı rayon Heydər Əliyev parkında "Qızıl əllər, şən ürəklər" adlı tədbir keçirilib. Əhalinin asudə vaxtlarını səmərəli təşkili məqsədilə reallaşan tədbiri rayonun C.Cabbarlı adına Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana Şəbəkəsi birgə təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin ifasında şən mahnılar səslənib, dərnək üzvlərinin əl işlərindən ibarət sərgisi təqdim olunub. Xızı MKS-in təqdim etdiyi kitab sərgiləri və oxucuların iştirakı ilə keçirdiyi intellektual oyunlar rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Tədbirdə uşaqlar şeirlər söyləyib, şən musiqi sədaları altında rəqs edib, maraqlı, əyləncəli vaxt keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.