ELM VƏ TƏHSİL


Qızıl medal qazanan paytaxt məktəbliləri

Bakı, 22 iyun, AZƏRTAC

Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, 283 nömrəli tam orta məktəbin X sinif şagirdi Xəyal Əliyev Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Bu qələbəsinə görə məktəbli qızıl medalla təltif olunub.

Paytaxtdakı 279 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəhim Rəhimli Türkiyədə boks idman növü üzrə keçirilən beynəlxalq yarışda I yeri tutub. Məktəbli bu uğuruna görə qızıl medal, diplom və kuboka layiq görülüb.

27 nömrəli tam orta məktəbin VII sinif şagirdi Tamerlan Yaqubov Xorvatiyada keçirilən “Croatia Open” beynəlxalq turnirində taekvondo idman növü üzrə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbəsinə görə məktəbli qızıl medalla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.