CƏMİYYƏT


Qızıl yel xəstəliyi

Bakı, 16 oktyabr, AZƏRTAC

Qızıl yel xəstəliyi dəridə olan cızıq, sıyrıq, bişməcə və digər zədələnmələr beta hemolitik streptokok infeksiyasının yoluxması nəticəsində yaranan və kəskin gedən, çox zaman residivləşən infeksion xəstəlikdir. Bu problem infeksion xəstəliklər sırasında 4-cü yeri tutur. 3-5 günlük gizli dövrdən sonra xəstəliyin kəskin, ani başlanğıcı olur və qısa zamanda ciddi narahatlıq yarada bilər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Caspian İnternational Hospitalın terapevti Sevinc Həsənova deyib.

Həkim bildirib ki, adətən bizə müraciət edən xəstələr qızarmış, şişmiş, ağrılı, gərginlik hiss edilən parlaq dəridən və yüksək temperaturdan şikayətlənirlər. Bu problem baldır və üz nahiyəsində daha çox hiss edilir: “Bununla yanaşı üşütmə, titrətmə, ürəkbulanma kimi ümumi intoksikasiya əlamətləri də müşahidə olunur. Bu, bəzi hallarda trofik yaralara, eroziyalara, hətta limfa və damar sistemində zədələnmələrə də səbəb olur. Bu xəstəliyə qadınlar arasında daha çox rast gəlinir. Adətən, 8-14 günlük müalicə ilə tam sağalmaq mümkün olur. Müalicə zamanı antibiotiklər, yerli antiseptik məhlullardan və ya onların kremlərindən, vitamin və yerli fizioterapiya kimi bir sıra müalicə üsullarından istifadə olunur. Ağır hallarda damar cərrahı ilə birgə müalicə məqsədəuyğundur. Nəticə çox vaxt qənaətbəxş olsa da, residivləşən formada xəstənin aktiv həyatında bir qədər çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq, hər kəsə şəxsi gigiyena və dəriyə qulluq qaydalarına düzgün riayət etməyi və vaxtında həkim müayinəsindən keçməyi tövsiyə edərdim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.