CƏMİYYƏT


Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində ova cəhd edən şəxs saxlanılıb

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində ova cəhd edən şəxs saxlanılıb

Bakı, 20 sentyabr, AZƏRTAC 

Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları qoruğun ərazisində ova cəhd edən şəxsi saxlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayonunun Ərəb kənd sakini Vasif Dövlətov olduğu müəyyənləşib. Faktla bağlı V.Dövlətov barəsində akt, protokol tərtib edilib və o inzibati qaydada 1000 manat məbləğində cərimələnib. Ondan ov tüfəngi və patron götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.