CƏMİYYƏT


Qızılağac Milli Parkında “Açıq qapı” günü keçiriləcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Xəzər dənizinin cənub-qərbində yerləşən, unikal ekosistemi ilə fərqlənən Qızılağac Milli Parkının yaradılması günü ilə əlaqədar sentyabrın 26-da milli parkda “Açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

“Lənkəran, Masallı və Neftçala rayonlarını əhatə edən, zəngin təbii landşafta, özünəməxsus ekosistemə malik olan və ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkının zəngin biomüxtəlifliyini görmək istəyən hər kəsi milli parka dəvət edirik.

Qızılağac Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə yaradılıb”, - deyə A.Səmədova qeyd edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.