CƏMİYYƏT


Qızılağac Milli Parkının ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb

Bakı, 7 aprel, AZƏRTAC

Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının brakonyerliyə qarşı mübarizə məqsədilə keçirdikləri reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı "Qırmızı kitab"a düşmüş soltan toyuğu götürülüb. Faktla bağlı akt tərtib olunub, təbiətə 1039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.