CƏMİYYƏT


Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Qızılağac Milli Parkının və Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri növbəti nəzarət tədbirləri zamanı milli parkın ərazisində, Kiçik Körfəzin su akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə AZƏRTAC-a məlumat verən xidmətin rəis müavini Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayonunun Liman şəhər sakini İlkin Əliyev olduğu və təbiətə 1023 manat ziyan dəydiyi məlum olub. Qanun pozucusundan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

Onun sözlərinə görə, hazırda təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün istintaq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.