CƏMİYYƏT


Qızılağac Milli Parkının mühafizə yegerlərinə və müfəttişinə qarşı zor tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerlərinə və müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran Rayon Prokurorluğuna məlumat verilib.

Lənkəran Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırmalarla yanvarın 27-də saat 23 radələrində Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyənləşdirilməsi məqsədilə həmin parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açılaraq sonunculara xəsarət yetirilməsi müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.