İQTİSADİYYAT
Qızıldaş sement zavodu Xəzər dənizi regionunda ən iri sement istehsalı müəssisəsi olacaqdır
Bakı, 22 dekabr (AZƏRTAC). Qaradağ rayonunda Qızıldaş sement zavodunun əsas texnoloji avadanlıqlarının Almaniyadan idxalının “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin zəmanəti ilə Almaniyanın “Kommers Bank” tərəfindən maliyyələşdirilməsinə dair müqavilə imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən “Norm” MMC-nin baş direktoru Hasan Yalçınqaya sement zavodunun ən müasir texnologiyaya uyğun tikildiyini və texnoloji avadanlıqların Almaniyanın aparıcı şirkətlərinin olduğunu bildirmişdir.
H.Yalçınqaya zavodda başlanan tikinti işlərinin sürətlə davam etdiyini, 10 kilometr uzunluğunda yolun su xətlərinin, yüksək gərginlikli elektrik və fibro optik kabellərin çəkildiyini söyləmişdir.
Qeyd edilmişdir ki, istehsal gücü 5 min ton olacaq klinker ildə 2 milyon ton sement istehsal edəcəkdir. Zavod Xəzər dənizi regionunda ən iri sement istehsalı müəssisəsi olacaqdır.
Paşa Bankın idarə heyətinin sədri Fərid Axundov isə Almaniyanın tanınmış bankının 7 il müddətinə ayırdığı 22,3 milyon dollar kreditin əhəmiyyətindən danışmış, qeyri –neft sektorunda həyata keçirilən ən iri layihələrdən biri olduğunu vurğulamışdır.
Zavodda 400, xammal mədənlərində isə 150 nəfər işlə təmin ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]