CƏMİYYƏT


“Qızılqum” sanatoriyasında müvəqqəti məskunlaşmış ailələrə yeni mənzillərə köçmək təklif olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

Məlumatdan dərhal sonra, məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirib. 98 ailənin müvəqqəti məskunlaşdığı sanatoriyanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq, onları binanı tərk etmək tövsiyə olunub.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Komitənin balansındakı boş mənzil fonduna uyğun olaraq, “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında yaşayan 11 ailə yeni mənzillərlə təmin edilib.

Digər ailələrə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Ümid” qəsəbəsində tikintisi başa çatmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinə köçmək təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.