İDMAN


Qızlar arasında ikili minibabut yarışlarında ABŞ gimnastları 1 dəst medala sahib olublar

Bakı, 28 noyabr, AZƏRTAC

Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında ikili minibabut üzrə qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, 15-16 yaş qrupunda finalda ABŞ idmançıları 1 dəst medal qazanıblar. Belə ki, Coslin Beyn 88,600 xalla birinci, Rozali Txonqphey 68,300 xalla ikinci, Jaklin Kent isə 67,500 xalla üçüncü olublar.

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.