CƏMİYYƏT


Qızlar arasında intellektual oyunlara marağın təşviqi istiqamətində növbəti tədbir İsmayıllıda keçiriləcək

Bakı, 10 avqust, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, “Ümidli Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı və UNICEF-in dəstəyi ilə avqustun 12-də saat 11:00-da İsmayıllı Olimpiya İdman Kompleksində Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonlarından olan qızlar arasında (150 nəfər) şahmat üzrə turnir və ustad dərsləri keçiriləcək.

AQUPDK-dan AZƏRTAC-a bildirilib ki, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbirdə ustad dərslərini şahmat üzrə Azərbaycanın beynəlxalq qrosmeysterləri Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarova aparacaqlar.

Qeyd edək ki, qadınların cəmiyyətdə fəallığının və müxtəlif sahələrdə təmsilçiliyinin daha da artırılması, onların hərtərəfli inkişafı və dəstəklənməsi bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Dövlət Komitəsi tərəfindən keçirilən layihə də qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunması, qızların analitik düşünmə qabiliyyətinin daha da inkişaf etdirilməsi, onların oyun təcrübələrinin artırılması məqsədi daşımaqla, bu istiqamətdə dövlət siyasətinin daha da gücləndirilməsinə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.