İDMAN


Qızlar arasında keçirilən "Avropa futbol həftəsi" turnirinin qalibləri müəyyənləşib

Bakı, 14 sentyabr, AZƏRTAC

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi və Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə qızlar arasında "Avropa futbol həftəsi" turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir "UNIFIED Sports" proqramına uyğun olaraq 3 divizionda keçirilib. Yekun nəticələrə görə, birinci yeri Xəzər rayonu 1 nömrəli Sosial Xidmət Müəssisəsinin komandası tutub. İkinci və üçüncü yerləri isə Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəbin və Xəzər rayonu, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin futbolçuları tutublar.

Qeyd edək ki, turnirdə hər biri 10 atlet olmaqla 17 komanda iştirak edib. Yarış 2022-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.