İDMAN


Qızlar arasında keçirilən futbol yarışının qalibləri müəyyənləşib

Bakı, 23 sentyabr, AZƏRTAC

Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə qızlar arasında Yunis Kennedy-Şrayver Gününə həsr olunmuş futbol yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yarış "UNIFIED Sports" proqramına uyğun olaraq 3 divizionda təşkil olunub.

Yekun nəticələrə görə, ən güclü divizionda birinci yeri Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin komandası tutub. İkinci yerə Xəzər rayonu 1 nömrəli Sosial Xidmət Müəssisəsinin, üçüncü pilləyə isə Sabunçu rayonu 170 nömrəli inklüziv sinifli tam orta məktəbin komandaları layiq görülüblər.

Turnirdə hər birində 10 idmançı olmaqla 17 komanda iştirak edib.

Qeyd edək ki, xüsusi Olimpiya hərəkatının əsası ABŞ Prezidenti Con Kennedinin bacısı Yunis Kennedi Şrayver tərəfindən qoyulub. O, fiziki və əqli qüsurlu insanların cəmiyyətə inteqrasiyası və onların bacarıqlarının inkişafı sahəsindəki xidmətlərinə görə 1984-cü ildə ABŞ Prezidenti tərəfindən “Azadlıq” medalı ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.