REGİONLAR


Qızlar arasında üzgüçülük üzrə birincilikdə 20 idmançı iştirak edib

Naxçıvan, 4 avqust, AZƏRTAC

12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksinin Üzgüçülük Mərkəzində qızlar arasında üzgüçülük birinciliyi təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məktəblilərin yay tətilinin səmərəli təşkilinə nail olmaq, onları sağlam həyat tərzinə uyğunlaşdırmaq və üzgüçülük idman növlərinin inkişafına töhfə vermək məqsədilə keçirilən birincilikdə 20 idmançı iştirak edib. Onlar 2 yaş kateqoriyasında üzgüçülüyün sərbəst üsulu ilə 25 metr məsafə üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, 2006-2008-ci il təvəllüdlü üzgüçülər arasında İnci Allahverdiyeva bütün rəqiblərindən üstün olub. Rüqayyə Hacıyeva yarışı ikinci, Almaz Rəsulova isə üçüncü sırada tamamlayıb. 2009-2010-cu il təvəllüdlülərin mübarizəsindən Cansu Bayramova qalib ayrılıb. Alsu Abdullayeva ilə Leyla Yusifova müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Sonda ilk üçlükdəki idmançılara diplom, həvəsləndirici yer tutanlara isə fəxri fərman təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.