İDMAN


Qızlardan ibarət güləş millimizin Avropa çempionatı üçün heyəti açıqlanıb

Bakı, 16 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iyunun 16-da qitə birinciliyində qızların yarışına start veriləcək. Həmin gün 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaqlar. İyunun 17-də isə 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrində qızlar mübarizəyə qoşulacaqlar.

Yarışda ölkəmizi 6 qız güləşçi təmsil edəcək. Yeniyetmə və gənclərdən ibarət millimizin böyük məşqçisi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (43 kq), Zenfira Həşimova (46 kq), Ruzanna Məmmədova (49 kq), Əsmər Canqurtaran (52 kq), Jasmin Əsgərova (57 kq) və Fatimə İsayeva (61 kq) uğur qazanmağa çalışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.