CƏMİYYƏT
Qızmar günəş altında...
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycanda iyunun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 33-38° isti, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacağı ehtimalı var.
Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun hərarəti 24-25° isti olacaq.
Cənub çimərliklərində isə - Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarətinin 25-26° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 36-41° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 35-40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 23-28° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı ehtimalı var.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 13-18°, gündüz 21-26° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 36-41° isti olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı ehtimal edilir.