Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qlaukoma vaxtında müalicə edilmədikdə korluğa səbəb olur VİDEO

Bakı, 11 mart, Göyçək Mahmudlu, AZƏRTAC

Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda Türkiyədən, regionlardan, digər təşkilat və mərkəzdən həkim heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, konfransın təşkilat komitəsinin direktor müavini tibb elmləri doktoru Hicran Namazova gözdaxili təzyiqin artması ilə səciyyələnən qlaukomanın ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərdən biri olduğunu bildirib. Həmin xəstəliyə el arasında “qara su” xəstəliyi də deyirlər. Xəstəlik əvvəlcə simptomsuz başlasa da, vaxtında müalicəsi aparılmayanda görmə dairəsi tədricən daralır, getdikcə gözün nuru zəifləyir və korluğa aparıb çıxarır.

Ölkəmizdə səhiyyənin, o cümlədən oftalmologiya sahəsinin getdikcə daha da inkişaf etdiyini deyən H.Namazova akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ölkəmizdə yeganə olan və ən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş Qlaukoma Mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Həmin mərkəzdə xəstəliyin nəinki vaxtında aşkarlanması, müalicəsi, o cümlədən bütün xəstələrin dispanser qeydiyyatı və daimi nəzarəti mümkündür.

O, Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində keçiriləcək tədbirdə əsas məqsədin qlaukomanın müasir diaqnostik təhlili, onun müalicəsi ilə bağlı müzakirələrin və qardaş ölkə nümayəndələri ilə təcrübələrin aparılması olduğunu deyib.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.

Tibb elmləri doktorları Hicran Namazova, Nizami Bağırov, tibb üzrə fəlsəfə doktorları Aybəniz Əhmədova, Mətanət Əfəndiyeva, Nigar Həsənova, Polad Məhərrəmovun və Cəmil Həsənovun moderatorluğu ilə keçirilən konfransda 12 məruzə dinlənilib.

“Pediatrik qlaukoma – 14 ilin nəticələri” mövzusunda məruzə edən mərkəzin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova pediatrik qlaukomanın müalicəyə çətin tabe olan patologiya olduğunu qeyd edib. O, bildirib ki, xəstəliyə cərrahi müdaxilə də mürəkkəbdir. Buna səbəb böyüklərə nisbətən anatomiyadakı fərqlər, anadangəlmə və inkişaf anomaliyaları ilə əlaqədar anatomik variasiyalar, genişspektrli patogenetik mexanizmlər, daha aqressiv sağalma reaksiyası, daha az proqnozlaşdırıla bilən əməliyyatdan sonrakı gedişat, əməliyyatdan sonrakı dövrdə uşaqların müayinəsinin daha çətin olması, onlarda həyatın daha uzun olması və təkrar müdaxilələr aparılmasına ehtiyacın daha çox olmasıdır. N.Həsənova 14 il ərzində mərkəzdə 497 qlaukoma əməliyyatı aparıldığını, onlardan 95-nin ikincili qlaukoma olduğunu diqqətə çatdırıb.

Mərkəzin digər əməkdaşı Cəmil Həsənov “Qlaukoma drenajı implantasiyasından sonra rast gəlinən fəsadlar” mövzusunda məruzə edərək bildirib ki, dünyada korluğa səbəb olan amillər arasında ikinci yerdə dayanan qlaukoma nəticəsində itirilən görmə qabiliyyəti bərpa olunmur. Dünyada qlaukomadan əziyyət çəkənlərin sayında hər il artım olduğunu deyən C.Həsənov 2040-cı ilə qədər bu rəqəmin 100 milyonu ötəcəyinin proqnozlaşdırıldığını diqqətə çatdırıb. O, bildirib ki, qlaukoma anadangəlmə olsa da, daha çox 35-40 yaşdan yuxarı şəxslərdə qeydə alınır. Bu səbəbdən xüsusilə 35 yaşdan yuxarı insanlar hər il rutin göz müayinələrinə diqqət yetirməlidirlər. Ailəsində qlaukoma olanların riski isə daha yüksəkdir.

Qlaukomanın müasir müalicə və əməliyyat üsullarından bəhs edən C.Həsənov qlaukoma drenajı implantasiyasından sonra rast gəlinən fəsadlar barədə ətraflı məlumat verib.

Mərkəzin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Mətanət Əfəndiyeva “COVID-19-un gözdaxili təzyiqə təsiri. Kliniki müşahidə” mövzusunda məruzə edərək bildirib ki, COVID-19-a yoluxan xəstələrin 4-31 faizində göz patologiyaları müşahidə olunub. Qlaukomalı xəstələrin 43 faizində isə ağırlaşma qeydə alınıb.

Bundan başqa, tibb üzrə fəlsəfə doktorları Səbinə Məcidova “Birincili və ikincili uveal qlaukoma zamanı sistem və lokal sitokin statusun müqayisəli qiymətləndirilməsinin nəticələri”, Xalid Əliyev “GSD-nin qlaukomatoz dəyişikliklərin diferensial diaqnostikasında OKT-nin praktik əhəmiyyəti”, Gülnarə Məmmədova “Yüksək dərəcəli miopiyalı xəstələrdə qlaukoma”, həkim-oftalmoloqlar Məhərrəm Pirmətov “Müxtəlif dərəcəli bucaq pirmentasyası olan ilkin açıqbucaqlı qlaukoma xəstələrində selektiv lazer trabekuloplastikanın uzunmüddətli nəticələri”, Sona İbrahimova “Qlaukomanın diaqnostikası və proqressiyasının analizində OKT-nın rolu”, Səbinə Quliyeva “Uşaqlarda steroid qlaukoması”, Könül Feyziyeva “Uveal ikincili qlaukoma (klinik hal)”, Türkiyənin Sağlıq Bilimləri Universitetinin professoru Banu Solmaz “Qlaukoma diaqnostik üsulları və rast gəlinən problemlər”, Yeditepe Universiteti Tibb fakültəsinin professoru İlqaz Yalvac “Süni intellekt və qlaukoma” mövzularında məruzə ediblər.

Konfransda mütəxəssislər tərəfindən öz təcrübələrində keçirilmiş maraqlı kliniki hallardan danışılıb, suallar və təkliflər səsləndirilib, mövzular ətrafında geniş müzakirələr aparılıb.

Qlaukoma vaxtında müalicə edilmədikdə korluğa səbəb olur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH