İDMAN


Qlazqoda keçiriləcək atletika üzrə qış Avropa çempionatının medalları təqdim edilib

Bakı, 15 fevral, AZƏRTAC

Martın 1-dən 3-dək Şotlandiyanın paytaxtı Qlazqoda keçiriləcək atletika üzrə qış Avropa çempionatının medalları təqdim olunub.

AZƏRTAC Azərbaycan Atletika Federasiyasının saytına istinadla xəbər verir ki, “Qlazqo 2019” qış Avropa çempionatının təşkilatçıları yarışların başlamasına iki həftə qalmış medalların təqdimatını keçiriblər. Mərasimdə medalları 1500 və 3000 metr məsafəyə qaçış yarışlarında sonuncu qış Avropa çempionu, şotlandiyalı atlet Laura Muirin təqdim edib.

Bu il 35-ci dəfə təşkil olunacaq qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet mübarizə aparacaq. Azərbaycanı qaçış yarışlarında Zəkiyyə Həsənova (60 m), üçtəkanla tullanmada isə Nazim Babayev təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.