Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda müzakirələr aparılıb YENİLƏNİB VİDEO

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu iyunun 16-da işini panel iclasları ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda növbəti panel iclası keçirilib.

Belçika Krallığının sabiq baş naziri İv Lötermin moderatorluq etdiyi paneldə BMT-nin 75 illik fəaliyyətində məhdudlaşmalardan sonra qlobal təhlükəsizliyin qurulması ilə bağlı vəzifənin öhdəsindən gəlməyin mümkünlüyü, qanunlara əsaslanmış çoxtərəflilik sisteminin konstruksiya edilməsi və bütün dünyada insan hüquqlarının təmin olunmasının yolları, kosmosun hərbiləşdirilməsi risklərinin azaldılması, regional təşkilatların rolu barədə müzakirələr aparılıb.

Dünyada baş verən münaqişə və müharibələrin insanlığa və iqtisadiyyata mənfi təsirlərindən danışan İ.Löterm beynəlxalq ictimaiyyəti narahat edən qlobal problemlərdən - COVID-10 pandemiyası, qarşıdurma, birtərəflilik məsələlərindən bəhs edib. Bildirib ki, bəşəriyyət bütün səylərini sülh və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir.

Qlobal dünya nizamının qorunmasının vacib məsələlərdən olduğunu qeyd edən Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin professoru, “Green Cross International”ın sabiq prezidenti Aleksander Likhotal hazırda dünyanın gərgin dövr yaşadığını diqqətə çatdırıb. Deyib ki, Avropada münaqişələrin və müharibələrin baş verməsi ciddi narahatlıq doğurur. Bizi bir sual çox narahat edir - Üçüncü dünya müharibəsi, yoxsa yeni dünya nizamı? BMT-nin öz işinin öhdəsindən gələ bilməməsi hər kəsə aydındır. UNESCO da daxil olmaqla, digər beynəlxalq təşkilatlar da passivlik göstərirlər. Bütün investisiyalar, cəhdlər bu problemlərin həllinə yönəldilməlidir.

Tədbirə onlayn qoşulan Çin Xalq Xarici İşlər İnstitutunun prezidenti Vanq Çao beynəlxalq ictimaiyyətin qarşısında böyük məsuliyyətin və ciddi vəzifələrin dayandığını diqqətə çatdırıb.

O vurğulayıb ki, Çin hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət edir və digərlərini də buna çağırır. BMT-nin prinsiplərinə etimadla yanaşılmasının vacibliyini qeyd edən V.Çao ölkələri birtərəfliliyə və “soyuq müharibə” qarşı çıxmağa, həmçinin qrup siyasəti ilə barışmaz olmağa çağırıb. “Biz həmrəylik göstərməliyik, bir olmalıyıq. Hazırkı gərgin dövrdə çoxtərəfliliyə həddindən çox böyük ehtiyac var”, - deyə Vanq Çao qeyd edib.

Səudiyyə Ərəbistanının Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysal bildirib ki, qlobal təhlükəsizlik böyük problem kimi dünyanı ciddi narahat edir. İslahatların vaxtıdır. Artıq Qərb gözünü açıb hər şeyi görür. BMT-nin qətnamələri yerinə yetirilmir.

Foruma dəvətə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirən Turki Al Faysal qeyd edib ki, BMT-nin qətnamələri vetoya məruz qalmamalıdır.

Panel iclasda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq təsisatlara, onların fəaliyyətinə çox inanırdı. Təəssüf ki, bu, belə olmadı. Azərbaycana hərbi təcavüz edildi və Ermənistan tərəfindən işğal nəticəsində ölkəmiz öz torpaqlarını itirdi. ATƏT-in, BMT-nin üzvü olduğu halda Azərbaycan işğala məruz qaldı. Heç bir təşkilat və qurum Ermənistanı təcavüzkar adlandırmadı. Azərbaycan BMT-nin 4 qətnaməsini öz gücü hesabına yerinə yetirdi.

Hikmət Hacıyev bildirib ki, yalnız üç ölkə - Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Krallığı Ermənistanla heç bir əlaqə qurmadı. Prezidentin köməkçisi vurğulayıb ki, çoxtərəflilik yenidən inkişaf etdirilməlidir. BMT-nin Nizamnaməsi yenidən işlənib hazırlanmalıdır.

H.Hacıyev Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə əsl nümunə göstərdiyini vurğulayıb.

Bakı Qlobal Forumunun açıq dialoq, fikir mübadiləsi üçün imkanlar yaradan platforma olduğunu bildirən Gürcüstanın sabiq Prezidenti Georgi Marqvelaşvili Forumda müzakirə edilən məsələlərin önəmini diqqətə çatdırıb.

Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün ciddi səylər göstərir və biz hamımız bu istiqamətdə həmrəylik göstərməliyik.

Texnologiyanın inkişafından danışan İsrailin sabiq xarici işlər naziri Tzipi Livni insan hüquqlarının qorunması və mənafeyinin müdafiəsi istiqamətində mövcud problemlərdən bəhs edib. Onun sözlərinə görə, qlobal problemləri həll etmək üçün gözləmək, ümid etmək yox, əməli işlər görmək lazımdır.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Konfrans öz işini iyunun 18-də başa çatdıracaq.

Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizliyin inşası və sülh üçün perspektivlər” mövzusunda müzakirələr aparılıb YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək