Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal Bakı Forumu çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusu müzakirə edilib YENİLƏNİB VİDEO

Bakı, 18 iyun, AZƏRTAC

IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 18-də “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar" mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin moderatorluğu ilə keçirilən panel iclasında “Vətəndaşların əhəmiyyətli hissəsinin nə üçün onilliklər qabaq bu qədər heyranlıq doğuran demokratik sistemlərdən açıq-aşkar uzaqlaşması baş verir?”, “İnsan iradəsi” marketinq strategiyaları”, “Saxta xəbərlər və qərəzli anlayış ilə istehsal oluna bilsəydi demokratiya nə qədər real olardı?”, “Qərarlar qəbul edən elita ilə səfərbər olunmuş ictimaiyyət arasında fərq artarsa, demokratiya nə qədər funksional olar?”, “Siyasi yadlaşma və apatiya artarsa, demokratiya nə qədər təmsilçi olar?”, “Siyasi müstəvidə belə meyillər fonunda hamı üçün fərdi insan hüquqlarını adekvat şəkildə necə qorumaq olar”, “Yeni, daha təmərküzləşmiş siyasi modellərin (məsələn, Çin və Sinqapur) heyranlıq və təsir qazandığı, Qərbin ənənəvi demokratiyalarının isə hətta öz dövlətlərində müxtəlif hərəkatlarla üz-üzə qaldığı şəraitdə yeni qlobal quruluşun əsas doktrinaları nəyi vurğulayır?” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov çıxışı zamanı “Real demokratiya nədir”, “Demokratiya necə çalışır” kimi sualları cavablandırıb. O, bütün dünyada azadlığın, müstəqilliyin əsas vacib dəyərlər olduğunu deyib. Eyni zamanda, demokratik sistemdə keyfiyyətin artırılmasının əhəmiyyətini qeyd edib.

İclasda çıxış edən Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, hər bir demokratik sistemdə mövcud olan amilləri qabartmaq lazımdır. Hökumətlər insanların gələcəyinə dair qərarlar qəbul etdiyi zaman onların da iştirakının olması, rəyinin alınması vacib məsələdir.

"Burada, eyni zamanda, düzgün mesajlar vermək, insanlarla danışmaq və onların hüquqlarına həssas yanaşmaq lazımdır.

Siyasətçilər, təsisatlar insanlarla ünsiyyətdə olduqları zaman populizmdən uzaqlaşmalıdırlar. İnsanlar arasında, cəmiyyətdə etimadın yaradılması çox vacib məsələdir. Hazırda beynəlxalq səviyyədə ən yaxşı sistem demokratiyadır", - deyə Xorvatiyanın sabiq Prezidenti əlavə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa qanunun aliliyinin əsas amil olduğunu söyləyib. Qeyd edib ki, insanlar fərqli fikirləri söyləmək üçün mübarizə aparmalıdırlar. Hər bir vətəndaşa, fərdə düzgün yanaşmaq lazımdır. Anadan olan hər bir şəxsin hüquqları tanınmalı və təmin olunmalıdır. Hər bir konkret addım icraata gətirib çıxarır. Bunun üçün də onun qanunda təsbitini görməliyik. Dövlət məmurlarının siyasi mənsubiyyəti də olmamalıdır. Onlar vəzifələrinin öhdəsindən layiqincə gəlməlidirlər.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva çıxış edərək bildirib ki, çağdaş müasir dünyada insan hüquqlarının qorunması humanitarlaşma siyasətində əsas yeri tutur. “Bu gün Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur. Bu münasibətlə sizi təbrik etmək istərdim. Bugünkü panelin adı da təsadüfi deyil. Bu, çox gözəl dəyərləri özündə aşılayır. İnsan hüquqlarının qorunması dövlət siyasətində əsas mərkəzi xətti təşkil edir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutu hüquqi dövlət strukturudur və müstəqil insan hüquqlarını qoruyan bir təsisatdır. İnsan hüquqlarının müdafiəsi sahəsində qarşımızda duran əsas məsələlərdən biri müasir dünyada ikili standartlara qarşı mübarizədir”, - deyə ombudsman bildirib.

Onun sözlərinə görə, hüquq prinsiplərinin pozulması humanitar qanunun pozulmasına gətirib çıxarır. Bu, BMT Baş Assambleyasının qəbul etdiyi insan hüquqlarına dair sənəddə də qeyd olunub. Beynəlxalq hüquqa hörmətsizlik dünya ictimaiyyətinin, nüfuzlu təsisatların gündəmində qalmalıdır. Bu cür fundamental məsələlərdə yenidən həyəcan təbili çalınmalıdır. Münaqişələrin qarşısının alınmasında BMT ilə birgə mühüm çevik mexanizmlər hazırlayıb sərt qərarların, qətnamələrin qəbulunda iştirak etmək lazımdır.

Bəşəriyyətin cinayətlərə qarşı öz sözünü deməli olduğunu bildirən S.Əliyeva 30 il ərzində Azərbaycanın çağırışlarının səssiz qarşılandığını diqqətə çatdırıb. Soydaşlarımızın məcburi köçkün vəziyyətinə düşməsinə ədalət səsi qaldırılmadı. Buna qarşı beynəlxalq məhkəmə çağırılmalıdır. Ermənistan tərəfindən xalqımıza qarşı törədilən soyqırımı bəşəriyyətə qarşı cinayət idi ki, bu da birbaşa insanların hüquq və azadlıqlarına xələl gətirir. “Ölkəmizə qarşı törədilən vandalizmlə bağlı hesabat hazırlamışam. Hesabatda xalqımıza, dövlətimizə məxsus tarixi, mədəni irslərə qarşı cinayətlər, qocalara, qadınlara, uşaqlara qarşı mənfur aparılan siyasət əks olunub. Onlar çox dərindən tədqiq olunacaq. Cinayətkarlar dəlillər əsasında məhkəmə qarşısına çıxarılacaq və ədalət bərpa olunacaq. Ombudsman kimi beynəlxalq hüquq normalarına dair sənədlərə Azərbaycanın qoşulmasına çalışacaq və sülhün, təhlükəsizliyin bərqərar edilməsi istiqamətində cəhdlərimi əsirgəməyəcəyəm”, - deyə ombudsman vurğulayıb.

Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin deyib ki, bu gün dünyada demokratiyanın nə qədər populyar və cəlbedici olduğunu görürük. Demokratiyanın inkişafı üçün hökumət təsisatları tərəfindən təhsilə daha çox diqqət ayrılmalıdır. Təhsilin indiki vəziyyəti qaneedici deyil, dünyəvi elmi əsasları olan təhsilə ehtiyac var.

O bildirib ki, artıq universitet məzunu olmaq kifayət deyil. Gənclər demokratiyanı qurmağa dair təhsil almalıdırlar. Demokratiya bir mədəniyyətdir. Ona görə də demokratik ölkə qurmaq üçün buna söykənən mədəniyyətə sahib olmaq lazımdır.

Liviyanın Avropa İttifaqındakı sabiq nümayəndəsi, insan hüquqları müdafiəçisi Fəridə Allaqi həyatı boyu dünya vətəndaşı olaraq qadına münasibətin dəyişməsini səbirsizliklə gözlədiyini söyləyib. "Mən Liviyadan 14 il əvvəl didərgin düşmüşəm. Liviyada diktator rejimi xaos yaratdı, təlatümlərə yol açdı, artıq dövlət yoxdur. Liviya öz aqibətini həll edə bilmədi. Liviya zəngin, gözəl ölkədir, ancaq insanlar yoxsuldurlar. Biz istəyirik ki, övladlarımız fikirlərini təqdim etsinlər, uğurlar qazansınlar", - deyə Fəridə Allaqi əlavə edib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburici dünyadakı qaçqın böhranından danışıb, qısa müddətdə bunun daimi həllinin olmadığını deyib. O, qaçqınlarla bağlı problemlərin azaldılması istiqamətdə səylərin artırılmasının əhəmiyyətini qeyd edib.

Çiril Gaburici, həmçinin qlobal sabitliyin və təhükəsizliyin təmin olunması istiqamətində yaranan problemlərdən bəhs edib.

NAKO-nun icraçı direktoru, Ukraynanın sabiq maliyyə naziri Olena Trequb ölkəsində azadlıq uğrunda aparılan mübarizədən bəhs edib. Qeyd edib ki, Ukrayna üçün demokratik dəyərlər çox vacibdir.

Panel iclası müzakirələrlə davam edib.

Qlobal Bakı Forumu çərçivəsində “XXI əsrdə insan hüquqları, demokratiya və yeni çağırışlar” mövzusu müzakirə edilib YENİLƏNİB  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər