Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal Bakı Forumunda “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusu müzakirə edilib VİDEO

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da VIII Qlobal Bakı Forumu çərçivəsində “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda səkkizinci panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Latviyanın keçmiş Prezidenti Valdis Zatlersin moderatorluğu ilə keçən panel iclasında ABŞ, Rusiya, İran, Türkiyə və Çinin maraqlarının kəsişdiyi strateji region sayılan Cənubi Qafqaz barədə fikirlər səsləndirilib.

İclasda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in həmsədrlərinin göstərdikləri səylərin nəticə vermədiyini deyib. Bildirib ki, Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad edib. Qarabağ münaqişəsinə son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.

“Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, - deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.

Azərbaycan Prezidentinin köməkçisi diqqətə çatdırıb ki, regionda sülh və inkişaf üçün yeni təfəkkür, yeni strategiya lazımdır. Xüsusilə Ermənistan öz strategiyasını köklü şəkildə dəyişməlidir. “Ermənistan Azərbaycanın əzəli torpaqlarını işğal etməyə köklənib, lakin uğursuzluğa düçar olub”, - deyən Hikmət Hacıyev qeyd edib ki, hazırda vəziyyət tamamilə dəyişib. İşğalçılıq siyasəti Ermənistanın müstəqilliyinə, iqtisadi potensialına zərər vurub. İki ölkə arasındakı sülh, eyni zamanda, onun inkişafına təkan verəcək. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına baxmayaraq, Ermənistan yaxşı qonşuluq münasibətləri qursa, ərazi iddialarına son qoysa, bu, ona xeyir gətirəcək. Nəticədə Ermənistan tranzit ölkəyə çevrilə və dənizə çıxış əldə edə bilər.

“Bəllidir ki, uğursuzluğa düçar olan hakimiyyət yenidən seçilə bilməz. Ancaq Ermənistanda baş nazir yenidən seçildi və biz gördük ki, Ermənistan xalqı işğalçılıq siyasətindən yorulub. Birinci Qarabağ müharibəsində dörd mindən artıq Azərbaycan vətəndaşı itkin düşüb. Biz bu insanların taleyi haqqında məlumatları əldə etməliyik. Azərbaycan, eyni zamanda, minalardan ən çox əziyyət çəkən ölkədir. Ermənistan işğal dövründə Azərbaycan ərazilərini minalayıb. Onlar bunu inkar edirdilər, lakin sonra etiraf etdilər, bir neçə mina xəritəsi təqdim olundu. Lakin bu xəritələrin də cəmi 25 faizi faydalıdır. Revanşizm Ermənistanın özü və region üçün bir bəla ola bilər. Biz istəməzdik ki, hadisələr bu səpkidə davam etsin. Azərbaycan bütün region ölkələrinin əməkdaşlıq etməsini istəyir”, - deyə Hikmət Hacıyev söyləyib.

Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım çıxışında diqqətə çatdırıb ki, Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edib. Şanlı Zəfər nəticəsində bu gün biz Cənubi Qafqaz regionunda sülhün bərqərar olması və inkişafı məsələsini müzakirə edirik.

Azərbaycanın Ermənistana sülh müqaviləsi təklif etdiyini bildirən Binəli Yıldırım qeyd edib ki, heç kim bu sülh müqaviləsinə qarşı çıxmamalıdır. Sülh razılaşması nəticəsində Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması istiqamətində hər hansı problem qalmayacaq. Türkiyə bu münaqişənin həlli istiqamətində region ölkələri ilə geniş iş aparır. Region dövlətləri arasındakı əməkdaşlıq, qarşılıqlı anlayış mühitində Cənubi Qafqaz regionu daha da inkişaf edəcək.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin keçmiş köməkçisi Deyvid Merkel söyləyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir, beynəlxalq terrorizmlə mübarizədə böyük səylər göstərir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çox şey dəyişib və xüsusilə ölkə artıq ərazi bütövlüyünü bərpa edib. Mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycan istər qonşu ölkələrlə, istərsə də regiondan kənarda münasibətləri bacarıqla idarə edir. Cənubi Qafqaz regionunda Azərbaycan böyük geosiyasi əhəmiyyət kəsb edir. Deyvid Merkel onu da deyib ki, ATƏT Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar olub.

Panel iclasında çıxış edən Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin söyləyib ki, Azərbaycan Ermənistanla olan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin biz buna nail ola bilmədik. Çünki Ermənistan hər zaman yeni ərazilər işğal etmək istəyirdi. Ermənistanın bölgədə qonşu ölkələrlə normal münasibətlər qurmasının əhəmiyyətini qeyd edən Hikmət Çətin erməni diasporunun bu məsələdə mənfi rol oynadığını deyib.

O, həmçinin qeyd edib ki, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupunun münaqişənin danışıqlar yolu ilə həllini təmin edə bilməyib. Artıq başqa yol qalmadığı üçün Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçən Azərbaycan Ordusu ötən il 44 günlük müharibədə işğal altındakı torpaqları azad edib. Azərbaycan torpaqlarını işğaldan azad edib, artıq gələcəyə baxmaq lazımdır. Regionda sülh, əməkdaşlıq məsələləri həll olunmalıdır.

“Azərbaycan bütün sahələrdə tərəqqi əldə edib. Lakin Ermənistanda vəziyyət ürəkaçan deyil, gənc nəsil Ermənistanı tərk edir. Onlar Ermənistanda gələcək görmürlər. Biz ermənilərlə yaxşı münasibətlər qurmaq istəyirik”, - deyə Türkiyənin sabiq xarici işlər naziri əlavə edib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bildirib ki, 44 günlük müharibədə Azərbaycan əzəli torpaqlarını işğaldan azad edib. Bu yeni vəziyyət Azərbaycanı bu ərazilərdə söz sahibinə çevirib.

Azərbaycanın sülh müqaviləsinə meyilliliyini təqdirəlayiq olduğunu bildirən ABŞ-ın sabiq səfiri deyib ki, 30 il ərzində davam edən münaqişə azərbaycanlılarla ermənilər arasında düşmənçilik münasibətləri formalaşdırıb. Biz Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması üçün səylərimizi əsirgəməməliyik. Bu prosesin canlanmasına müsbət təsir göstərməliyik. Robert Sekuta onu da əlavə edib ki, tədqiqatlar nəticəsində Cənubi Qafqazın dünyaya az inteqrasiya etdiyini görmək mümkündür. Regionun inkişafı həm də burada sülhün, sabitliyin bərqərar olması potensialını artıracaq. İki ölkə arasında iqtisadi əməkdaşlıq barədə danışıqlar daha da genişləndirilməlidir.

Panel iclası müzakirələrlə davam edib.

Qlobal Bakı Forumunda “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusu müzakirə edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO