SİYASƏT


Qlobal Bakı Forumunda kifayət qədər maraqlı müzakirələr aparılır - Vinni Byanyima

Qlobal Bakı Forumunda kifayət qədər maraqlı müzakirələr aparılır  -  Vinni Byanyima

Bakı, 10 mart, AZƏRTAC

Pandemiya bir çox məsələlərdə, xüsusilə iqtisadi cəhətdən ölkələrə zərər verdi. Bununla yanaşı, vaksinlər yaradılana qədər bir çox insan COVID-19 nəticəsində həyatını itirdi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima ifadə edib.

Səhiyyə sisteminin qlobal səviyyədə inkişafı üçün iqtisadiyyatı deyil, insan həyatını düşünməyin lazım olduğunu vurğulayan Vinni Byanyima deyib: "Bu Forumda bir çox məsələlər müzakirə edilir və kifayət qədər maraqlı iclaslar olub. Enerji, səhiyyə, müharibə kimi mövzularda diskussiyalar keçirilir. Düşünürəm ki, bu fikir mübadilələri dünyamızda sülhün və sabitliyin bərqərar olunmasına böyük töhfələr verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.