Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qlobal böhran fonunda Azərbaycanda xəyanətkar müxalifətin iç üzü

Qlobal böhran fonunda Azərbaycanda xəyanətkar müxalifətin iç üzü

Bakı, 15 aprel, AZƏRTAC

İstənilən siyasi hərəkat, ideoloji bir cərəyan nəticə etibarilə millətin və dövlətin rifahını, gələcəyini modelləşdirilərək cəmiyyətə ən optimal formada təqdim olunmasını hədəflədiyi zaman geniş ictimai rəğbəti qazanır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hakimiyyətinin cəmiyyətin bütün inkişaf istiqamətləri üzrə düşünülmüş strateji proqrama malik olması ölkəmizi istənilən qlobal böhran qarşısında daha dayanıqlı edir. Çünki bu idarəçilik fəlsəfəsi xalqın geniş təbəqələrinin möhkəm inamına və hərtərəfli dəstəyinə arxalanır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov qeyd edib ki, bu günlərin reallığı prizmasından yanaşanda planetimizin sosial–iqtisadi mənzərəsi qətiyyən ürəkaçan deyil. Belə ki, OPEC ölkələrinin üzv olmayan dövlətlərlə danışıqlarında yaranan problemlər dünya neft bazarında qlobal böhran doğurub, bu strateji yanacağın qiyməti beynəlxalq birjalarda ən az iki dəfə dəyər itirib. Belə vəziyyət isə neft ixrac edən ölkələrin tədiyə balansında ciddi kəsrlər yaradıb, irihəcmli investisiyalar təxirə salınıb, bu isə öz növbəsində makroiqtisadi tələbə mənfi təsir göstərərək ciddi işsizlik təhlükəsi meydana çıxıb. Bu, azmış kimi, ötən ilin sonlarında Çində başlayan koronavirus, başqa adı ilə COVID-19 virusu sürətlə pandemiya şəklin alaraq geniş coğrafiyada yayılıb və bəşəriyyəti humanitar fəlakət qarşısında qoyub. 2 milyona yaxın insanın yoluxduğu və on minlərlə insanın vəfat etdiyi pandemiya nəticəsində bütün ölkələrdə karantin rejimi tətbiq olunub, milyonlarla iş yeri bağlanıb, qlobal iqtisadiyyat xaos şəraitində çox ciddi zərbə alıb.

“Lakin yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bu qlobal kataklizmlərdən mümkün qədər az zərərlə çıxmağa çalışır və buna uğurla nail olur. Belə ki, bütün digər neft ixrac edən ölkələrin milli valyutaları dəyər itirsə də, Azərbaycanda həyata keçirilən uğurlu maliyyə - pul siyasəti manatın dəyərini sabit saxlamağa imkan verdi və bu əhalinin rifah halında neqativ halların qarşısını aldı. Habelə karantin şəraitində məcburi olaraq biznes fəaliyyətinə fasilə verən xidmət sektorunun, kiçik, orta və iri sahibkarların itirdiyi mənfəəti kompensasiya etmək üçün dövlət 2,5 milyard manat vəsait ayırdı. O cümlədən rəsmi işsiz vətəndaşlar üçün karantin davam etdiyi müddətdə xüsusi müavinətlər ayrıldı ki, son üç gündə artıq 75 mindən artıq şəxs bundan faydalandı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bütün bu yardımlar neftin ucuzlaşması nəticəsində ölkəmizin 1 milyard dollara yaxın bir itkiyə məruz qalacağı proqnozlaşdırılaraq həyata keçirilib.

Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan bu gün COVID-19 ilə mübarizədə ən qabaqcıl ölkələr sırasındadır. Bir neçə əsas beynəlxalq göstərici ilə bu reallığı arqumentləşdirə bilərik. İlk növbədə, virusun müəyyənləşdirilməsi üçün fərdi testlərin aparılmasında Azərbaycan 70 mindən artıq testlə dünyada ən inkişaf etmiş 30 ölkə arasında yer almaqdadır. Digər göstəriciyə görə də, yəni ümumi xəstə sayının vəfat edənlərə nisbəti statistikasında da ölkəmiz 1,2–lik bir əmsalla dünyanın ən güclü səhiyyə sisteminə malik dövlətləri ilə eyni sırada dayanır. Habelə Qərbin inkişaf etmiş ölkələrində xəstəxana yataqları, reanimasiya kabinetləri və kislorod maskaları ilə bağlı çatışmazlıqlara Azərbaycanda ümumiyyətlə rast gəlinmədi. O cümlədən Azərbaycanda tikilən 550 çarpayılıq xəstəxana açılan gündən koronavirus xəstələrinin istifadəsinə verildi (ABŞ-da çadırlardan və gəmilərdən xəstəxana kimi istifadə edirlər). Bundan başqa dövlətimizin başçısının Sərəncamı ilə hər biri 200 yerlik, 6 dövlət, 4 özəl modul tipli yeni xəstəxananın inşasına başlanıldı. Həmçinin virusun yayıldığı ilkin mərhələdə xaricdən xüsusi reyslərlə ölkəmizə gətirilən 15 minə yaxın vətəndaşımız üçün ölkəmizin inkişaf etmiş otel, istirahət mərkəzləri və Olimpiya şəhərciyi təqdim olundu və yerləşdirildi”, - deyə komitə sədri vurğulayıb.

S.Novruzov təəssüflə qeyd edib ki, görülmüş bu qədər işlərin fonunda cəmiyyətdə məqsədsiz-məramsız həyat sürən tüfeyli və radikal müxalifət dairələri öz amplualarına sadiq qalaraq şər-böhtan kampaniyalarından geri qalmadılar. Onlar “ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar” kimi üzdəniraq siyasət fəlsəfələrinə uyğun olaraq, Azərbaycan hakimiyyətinin əhalimizi qorumaq üçün aldığı karantin tədbirlərini tənqid etməyə, bu addımlara ehtiyac olmadığına inandırmağa çalışdılar. Lakin bütün dünyada alınan karantin tədbirlərinin, hətta fövqəladə vəziyyət və komendant saatına qədər ciddiləşdiyini görəndən sonra bu dəfə də hakimiyyəti yetərli tədbirlər almamaqda günahlandırdılar. Həqiqətən də tragikomik mənzərədir. Cəmiyyət həyatına aid heç bir sahədə ciddi bir proqrama, alternativ planlaşdırmalara malik olmayan radikal müxalifət bu dəfə də fövqəladə vəziyyətin yaratdığı imtahandan keçə bilmədi, hər zaman olduğu kimi sinifdə qaldı. “Narıncı inqilabların” bir sıra Şərqi Avropa və postsovet ölkələrində yaratdığı böhrana və onların məruz qaldığı ərazi itkilərinə məhəl qoymayaraq “narıncı” geyinib küçələrə çıxan, Yaxın Şərqin sabit ölkələrini vətəndaş müharibəsi və xaosa sürükləyərək viran qoyan “ərəb baharından” təsirlənib öz ölkəsini də belə vəziyyətə salmağa çalışan bir müxalifətə milli demək olarmı? Xalqımız onların adını çoxdan verib - xəyanətkar. Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Öz ölkəsi haqqında xaricə donos yazan Əli Kərimlilərin, Avropaya və ABŞ-a qaçan Cəmil Həsənlilərin, Qənimət Zahidin, erməni mənşəli Arif Məmmədovun, İsa Sadıqov kimi dostlarının oradan hədyan yağdıran çirkin fikirlərinə diqqət yetirsək cavab aydın olacaq. Necə deyərlər, dostunu göstər, kim olduğunu söyləyim. Erməni olduğu üçün Azərbaycandan qaçmağa məcbur olduğunu deyib, buna uyğun sənədlər düzəldib ölkədən qaçan Ramiz Yunus bunlardan biridir. Özünü vətənpərvər hesab edən müxalifətçiləri görəsən bu anadangəlmə reneqat Yunuslarla nə birləşdirir? Ermənidən mədət uman bir müxalifət Azərbaycana lazımdırmı? Fikrimcə onlar əvvəlcə bu sualların cavabını axtarsalar daha yaxşı olardı. Bəlkə o zaman Azərbaycan xalqının nəzərində niyə heç bir nüfuza sahib olmadıqlarını dərk etdilər.

Osmanqızının isə başqa bir faciəvi fiqur olduğunu söyləyən komitə sədri deyib: “Mərhum atası ermənilər tərəfindən qətlə yetirilən (Ramiz Yunusun dayıları tərəfindən) bu xanım “5-ci kolonun” ruporuna çevrilərək erməni dəyirmanına su tökür. Hətta bir çox məsələlərdə Ermənistanı Azərbaycanla müqayisə edərək düşmən ölkəni üstün tutur. COVID-19-a qarşı alınan tədbirlərdə Ermənistanı Azərbaycandan öndə olduğunu bildirən osmanqızılar, yunuslar adi statistikanı da unudurlar. Belə ki, Azərbaycan əhalisi Ermənistandan 3,5 dəfə artıq olsa da, viruslu xəstə sayı demək olar ki, bərabərdir. Test keçirilən vətəndaş sayı isə bizdə onlardan 10 dəfə artıqdır. Düşmən ölkənin bir sıra ekspertləri həyəcan təbili çalaraq, karantinə görə izolyasiya şəraitinə məhkum olan Ermənistanın fəlakət qarşısında olduğunu bəyan edirlər. Hətta onların baş naziri də bunu etiraf etməyə məcbur olur. Görünür bizim radikallar Ermənistanı ermənilərdən çox sevirlər. Nə demək olar? Fikrimcə sual ritorikdir.

Yekunda vurğulamaq istərdim ki, qlobal və ya regional səviyyədə baş verən fors-major hallara baxmayaraq, Azərbaycan dövləti gələcəyə əmin addımlarla gedir. Bütün irimiqyaslı layihələr uğurla həyata keçirilir, sosial-iqtisadi rifah ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin 2020-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: “Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heç nə yoxdur!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform”u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq VİDEO

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək