İQTİSADİYYAT
Qlobal elektrik enerjisi istehlakında son 80 ilin ən kəskin azalması ola bilər
Bakı, 20 may, AZƏRTAC
Cari ildə qlobal elektrik enerjisi istehlakı 5 faiz azalacaq və son 80 ilin ən sərt enişi qeydə alınacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, qlobal miqyasda elektrik enerjisinə tələbatın azalması “evdə qal” tətbiqetmələri ləğv edildikdən uzun müddət sonra da davam edəcək və 1930-cu ildəki “böyük depressiya”dan bəri ən sərt illik geriləməyə səbəb olacaq. Bu, eyni zamanda, enerji bazarlarını əsaslı şəkildə dəyişdirəcək.
Qeyd edək ki, uzunmüddətli yavaşlama köhnə və iqtisadi baxımdan səmərəli olmayan elektrik stansiyaları, xüsusən də kömürlə işləyən stansiyalar üzərində təzyiqi artıracaq. Bu, daha təmiz və ucuz olan külək və günəş enerjisinə keçidi sürətləndirəcək. Eyni zamanda, enerji istehsalından yaranan istixana qazlarının rekord səviyyədə illik azalmasına səbəb olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]