ELM VƏ TƏHSİL


Qlobal elektromobil istehsalı 5 milyon ədədi keçib

Bakı, 16 noyabr, AZƏRTAC 

Qlobal elektromobil istehsalı 5 milyon ədədi keçib, 2018-ci ildə isə iki milyon bu cür nəqliyyat vasitəsi satılıb. AZƏRTAC xəbər verir ki, bu məlumatı Beynəlxalq Energetika Agentliyi (IEA) yayıb.

IEA-nın 2019-cu il Dünya Enerji İcmalında göstərilir ki, ikitəkərli elektromobillərin və eklektik mühərriki ilə işləyən kiçik avtobusların əsas istehsalçısı Çindir. Qeyd olunub ki, 2025-ci ilədək bu nəqliyyat vasitələrinin satışı 10 milyona, 2040-cı ildə isə 30 milyona çata bilər. Sənəddə göstərilir ki, ekoloji cəhətdən təmiz elektromobillərin istehsalının artırılmasında əsas amillər subsidiyaların artırılması və onların mühərrikinin şarj edilməsi üçün çoxlu sayda məntəqələrin açılmasıdır. İctimai sektor və özəl şirkətlər, habelə logistika firmaları bu prosesdə daha fəal iştirak etməlidirlər.

IAE əsas amillərdən birini də elektromobillərin mühərrikinin şarj edilməsinin ucuz olması hesab edir. Proqnozlara görə, batareyaların qiyməti də 2020-ci ildə hər kilovat-saata görə 100 dolara düşəcək. Xatırladaq ki, beş il əvvəl bu qiymət 650 dollar idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.