İQTİSADİYYAT


Qlobal neft ehtiyatlarının təqribən yarısına malik 3 ölkə iqtisadi baxımdan çətinlik çəkir

Bakı, 13 may, AZƏRTAC

ABŞ-ın sanksiyaları və müdaxilələrinə məruz qalan ölkələr böyük həcmdə neft ehtiyatlarına malik olsalar da iqtisadi baxımdan çətinlik çəkirlər.

AZƏRTAC xəbər verir ki, qlobal neft ehtiyatlarının təxminən 50 faizinə sahib olan 3 ölkə - Venesuela, İran və İraq kasıb ölkələr sırasında yer alırlar. Bu 3 ölkənin ortaq özəlliyi isə ABŞ-ın sanksiyaları və müdaxilələrinə məruz qalmalarıdır.

Təkcə Venesuela qlobal neft ehtiyatlarının 30 faizinə sahibdir. Ən çox neft ehtiyatına sahib ölkələrin ilk beşliyində yer alan İran və İraq isə qlobal ehtiyatların təxminən 20 faizinə malikdirlər.

Qlobal ehtiyatların yarısına sahib bu ölkələr, eyni zamanda, dünyanın ən kasıb ölkələri sırasındadırlar. Belə ki, hazırda Venesuela bolivarı 0,11587 ABŞ dolları, İran rialı 0,000030 dollar, İraq dinarı isə 0,00084 USD səviyyəsindədir.

Venesuela 13,480 dollar ÜDM ilə dünya sıralamasında 73-cu, İran 12,986 dollar ÜDM-lə 75-ci, İraq isə 7,004 dollar ÜDM ilə 109-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, qlobal neft ehtiyatlarının təxminən 1 trilyon 530 milyard barrel olduğu proqnozlaşdırılır. Ən çox neft ehtiyatına malik 15 ölkə aşağıdakılardır: Venesuela 300 milyard 900 milyon, Səudiyyə Ərəbistanı 266 milyard 500 milyon, Kanada 169 milyard 700 milyon, İran 158 milyard 400 milyon, İraq 142 milyard 500 milyon, Küveyt 101 milyard 500 milyon, Birləşmiş Ərəb Əmirlikləri 97 milyard 800 milyon, Rusiya 80 milyard, Liviya 48 milyard 400 milyon, Nigeriya 37 milyard 100 milyon, ABŞ 36 milyard 500 milyon, Qazaxıstan 30 milyard, Çin 25 milyard 600 milyon, Qətər 25 milyard 200 milyon, Braziliya isə 12 milyard 700 milyon barrel.

Ən varlı ölkələr isə Qətər, Lüksemburq, Sinqapur, Norveç, ABŞ, İsveçrə, Kanada, Avstraliyadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.