İQTİSADİYYAT


Qlobal neft tədarükü gündəlik 100,7 milyon barrelə çatıb

Bakı, 12 sentyabr, AZƏRTAC

Qlobal neft təklifi avqustda iyul ayı ilə müqayisədə orta hesabla 530 min barrel artaraq sutkada 100 milyon 750 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin tədarükü isə ABŞ, Braziliya və Rusiyada istehsalın çoxalması ilə 480 min barrel artaraq gündəlik 65 milyon 460 min barrel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.