İQTİSADİYYAT


Qlobal neft tədarükü sutkada 10-15 milyon barrel azala bilər

Vyana, 9 aprel, AZƏRTAC 

OPEC və tərəfdaşları qlobal neft hasilatının ciddi şəkildə azaldılması barədə qərar qəbul edə bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Küveytin Neft naziri Xalid Əli Məhəmməd əl-Fadil “OPEC+” nazirlərinin bu gün keçiriləcək videokonfransı ərəfəsində deyib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu neft hasilatının gündəlik 10-15 milyon barrel azaldılması olacaq. Nazir qeyd edib ki, hazırda qarşıda duran məqsəd neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısını almaq və enerji bazarında tarazlığı yenidən bərpa etməkdir. “OPEC+” çərçivəsində aparılan görüşlə yanaşı, hazırda ABŞ kimi iri hasilatçı ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, “OPEC+” üzrə neft hasilatının azaldılması ilə bağlı saziş martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artırması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.